18 terrorçu öldürüldübackend

18 terrorçu öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın şimal-şərqində terror təşkilatı Boko Haram-a qarşı keçirilən əməliyyatda 18 təşkilat üzvü zərərsizləşdirilib.

NOCOMMENT xəbər verir ki, Mülki Birgə İşgüzar Qüvvə əldə etdiyi kəşfiyyat məlumatı əsasında Boko Haramın Borno əyalətinin Sambisa meşəsində yeni qurduğu düşərgəyə qarşı əməliyyat keçirib.

Əməliyyatda “Boko Haram”ın düşərgəsi məhv edilib, təşkilatın 18 üzvü zərərsizləşdirilib.

Ölkədə 2000-ci illərin əvvəllərindən 2009-cu ildən bəri mövcud olan Boko Haramın təşkil etdiyi kütləvi terror aktlarında 20 mindən çox insan həyatını itirib.

Terror təşkilatı 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirib. Təşkilatın Çad gölü hövzəsində təşkil etdiyi hücumlarda ən az 2000 adam həyatını itirib.

Ölkədə baş verən terror aktları və münaqişələr səbəbindən yüz minlərlə insan miqrasiya etməli olub.