18 yaşlı müğənni 13 günlük həbs olundu – Rusiyadabackend

18 yaşlı müğənni 13 günlük həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqun Dzerjinski rayon məhkəməsi reper Noize MC-nin (əsl adı İvan Alekseevdir) mahnısını şəhərin mərkəzində ifa edən 18 yaşlı müğənni Diana Loginovanı 13 günlük həbsə məhkum edib.

NOCOMMENT.az RBC telekanalına istinadən xəbər verir ki, səhnə adı Naoko olan müğznni məhkəməyə əli qandallı gətirilib.

“Məhkəmə onun barəsində 13 sutka inzibati həbs cəzası verib”, – məlumatda deyilir.

Bir gün öncə saxlanılmış müğənni barəsində İnzibati Xətalar Məcəlləsinin 20.2.2-ci maddəsinin 1-ci hissəsi (ictimai yerlərdə eyni vaxtda çoxlu sayda vətəndaşı təşkil etmə, ictimai asayişin pozulması ilə nəticələnən) ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Telegram kanallarında yayımlanan videolara görə, dünən Naoko “Stoptime” qrupu ilə birlikdə Noize MC-nin repertuarından olan “Qu Gölü Kooperativi” mahnısını ifa edib. 2025-ci ilin mayında Sankt-Peterburqun Primorski Məhkəməsi bu kompozisiyanı””Rusiyada qadağan edilmiş məlumat” elan edib. Çünki mahnı “Rusiya Federasiyasının dövlət orqanlarının və Silahlı Qüvvələrinin nümayəndələrinə qarşı mənfi münasibət yaradır”.

Diana Loginova Rimski-Korsakov adına Musiqi Kollecinin fortepiano tələbəsidir, bir neçə musiqi müsabiqəsinin laureatı, “Rusiya tələbə baharı” Ümumrusiya festivalının mükafatçısıdır. Müğənni və onun “Stoptime” qrupu Nevski prospektində küçə konsertlərinin videolarını internetdə yerləşdirməyə başladıqdan sonra şöhrət qazanıb.

Xatirə SADİQ