181 min və 248 minlik tenderlər rəqabət çatışmazlığına görə dayandırıldıbackend

181 min və 248 minlik tenderlər rəqabət çatışmazlığına görə dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kompakt van tipli qapalı furqon və van tipli qapalı furqon yük avtomobillərinin satın alınması ilə bağlı elan olunmuş iki tender proseduru ləğv edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, hər iki satınalma “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1.1-ci maddəsinə əsasən ləğv olunub. Belə ki, tenderdə iştirak etmək üçün təklif və təminat təqdim etmiş, həmçinin tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub. Bu səbəbdən qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqələrin davam etdirilməsi mümkün olmayıb.

Kompakt van tipli qapalı furqon yük avtomobillərinin satınalması üzrə ehtimal olunan məbləğ: 181,071.00 AZN

Van tipli qapalı furqon yük avtomobillərinin satınalması üzrə ehtimal olunan məbləğ: 248,685.00 AZN

Qeyd edək ki, “Azərpoçt” MMC-nin baş direktoru Əfqan Cəlilovdur.

Tenderlərin ləğvi dövlət satınalmalarında şəffaflıq və rəqabətliliyin təmin olunması prinsipləri çərçivəsində həyata keçirilib.