197 ölkəni ziyarət edən turist onun üçün “ən pis” şəhəri açıqladıbackend

197 ölkəni ziyarət edən turist onun üçün “ən pis” şəhəri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın bütün ölkələrini gəzmiş səyahətçi hansı məkanı ən mənfi təəssürat yaratdığını bildirib. Söhbət “YouTube”da səyahət videoları paylaşan və təxminən altı milyon izləyicisi olan Dru Binskidən gedir.

NOCOMMENT.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Express” yayıb.

Onun siyahısında birinci yeri Somali paytaxtı Moqadişo tutur. Dru bu şəhəri “acınacaqlı”, “qayda və qanunları olmayan” yer adlandırıb.

“Oteldən hər dəfə çıxanda qarşınızda və arxanızda hər biri dörd hərbçidən ibarət konvoy getməlidir. Onlar zirehli jiletlər geyinir, yük maşınlarının platformalarında oturaraq iri AK-47 avtomatları ilə ərazini yoxlayırlar”, deyə turist bildirib.

“Express”in qeyd etdiyi kimi, ölkədə terror hücumlarının ehtimalı çox yüksəkdir, çünki “Əş-Şəbab” adlanan silahlı islamçı təşkilat Moqadişoda tez-tez hücumlar həyata keçirir. Bundan başqa, ölkədə adam oğurluğu, qətl və silahlı qarət kimi cinayətlərin “təhlükəli səviyyəsi” mövcuddur.

Dru Binskinin siyahısına həmçinin Konakri (Qvineya), Kəndəhar (Əfqanıstan), Port-o-Prens (Haiti) və Tripoli (Liviya) daxildir. O, Konakrini Qərbi Afrikadakı “ən sevmədiyi yer” adlandıraraq buranı “tam bir qarışıqlıq” və “çox düşmənçi” məkan kimi xarakterizə edib.

Qəndəharda isə havada gərginliyin hiss olunduğunu bildirib: “Baxmayaraq ki, bazarları maraqlı və ənənəvidir, mühit o qədər gərgindir ki, insan daim çiyninin arxasına baxmaq məcburiyyətində qalır”.

Port-o-Prens barədə turist “tam xaos” ifadəsini işlədib. Onun sözlərinə görə, şəhərdə ərazilərə bandalar nəzarət edir və o, öz təhlükəsizliyi üçün onlara pul ödəməli olub. Tripolidə isə Dru “bombaların səsi altında yatıb”, partlayışlar hətta yatağını titrədirmiş.

Əlavə olaraq, Dru İtaliyada “xəyal adası” kimi tanınan, rəsmi olaraq ziyarətə qadağan olunmuş Poveliyaya da qeyri-rəsmi yollarla daxil olub və oradakı dağıntılı vəziyyəti “qorxulu filmlərə bənzər” adlandırıb.