2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”backend

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bir müddət öncə 2 milyon manata satılan “Şəms” şadlıq-mərasim evinin söküntüsünə başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, Xətai rayonunun Gəncə prospektində yerləşən mərasim evinin söküntüsü ilə bağlı axar.az-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini-sektor müdiri Ramiz İdrisoğlu bildirib ki, sözügedən ünvanla bağlı şəhərsalma əsaslandırılması sənədi Komitə tərəfindən təsdiq edilsə də, hələ tikintiyə icazə verilməyib.

“Bunu nəzərə alaraq qeyd edilən ünvanda aparılan işlərin nəzarətdə saxlanılması və müvafiq tədbirlərin görülməsi üçün Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aidiyyəti qurumlara müraciət olunub”, – R.İdrisoğlu qeyd edib.

O, Komitənin hansı sənədi təsdiqlədiyi və “Şəms” mərasim evinin yerində nə tikiləcəyi haqda danışmaq səlahiyyəti olmadığını da bildirib. Bakı şəhərində söküntü aparılıb, yeni bina tikilirsə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu barədə açıqlama verməməsi və bunu dövlət sirri kimi saxlaması, ən azı, qəribədir.

Saytımıza yerli icra qurumundan daxil olan məlumatda isə mərasim evinin yerində yaşayış binası deyil, ticarət mərkəzi tikiləcəyi iddia olunur.

Xatırladaq ki, sözügedən ərazi bir vaxtlar AMEA-nın nəzdində geniş meşəlik sahə idi. 2000-ci illərdən başlayaraq, ağaclar məhv edildi və onun yerində bir-birinə bitişik göydələnlər ucaldıldı. Hazırda həmin ərazidə tikilən binalara köçən sakinlər avtomobillərini park etməyə yer tapmırlar, həyətlər isə həddən artıq kiçikdir – o qədər ki, yanğın zamanı FHN yanğınsöndürmə maşınları həyətlərə daxil olmaqda çətinlik çəkir. Sakinlər isə maşınları Gəncə prospekti boyunca park etməyə məcbur olur. Buna baxmayaraq, binalararası göydələnlərin tikintisi davam edir. Belə ki, ötən il də “Şəms” mərasim evinin arxasındakı kiçik sahədə, sakinlərin etirazına baxmayaraq, növbəti göydələn ucaldıldı.