2 qadın PKK-çı təslim olubbackend

2 qadın PKK-çı təslim olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakkaridə PKK-lıların özləri və ailələri ilə aparılan danışıqlar nəticəsində 2 qadın təhlükəsizlik qüvvələrinə təslim olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Hakkari qubernatorluğu tərəfindən açıqlama verilib.

“PKK/KCK separatçı terror təşkilatı fəaliyyətlərinin deşifrə edilməsi və qarşısının alınması istiqamətində Təhlükəsizlik Müdirliyimiz səlahiyyətliləri tərəfindən aparılan işlərdə PKK/KCK terror təşkilatı üzvləri və ailələri ilə keçirilən görüşlər nəticəsində onların 30 mart 2023-cü il tarixində Şırnak Habur Sərhəd Qapısı vasitəsilə Türkiyəyə təslim olmaları təmin edilib. Rayonumuza gətirilərək ailələri ilə əlaqə saxlanılıb və lazımi hüquqi prosedurlara başlanılıb. Vətəndaşlarımızın can və mal təhlükəsizliyi, əyalətimizin əmin-amanlığı üçün işlər fasiləsiz davam etdirilir.” deyə açıqlamada qeyd olunub.

NOCOMMENT.AZ