2 terrorçu zərərsizləşdirildi – Süleyman Soylubackend

2 terrorçu zərərsizləşdirildi – Süleyman Soylu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu Mardin Ömeryanda PÖH və Təhlükəsizlik Kəşfiyyat Əməliyyatı ilə 2 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, 2016-cı ildə Əhməd Dəmir, Ramazan Akyürek və Metin Malkavın şəhid olduğunu xatırladan daxili işlər naziri Süleyman Soylu şəhidlərin qanının yerdə qalmadığını qeyd edib.

“Yeddi il keçdi. Dostları qanlarını yerdə qoymadı. PÖH və Təhlükəsizlik Kəşfiyyatı Əməliyyatı ilə Mardin Öməryanda 2 terrorçu ölü olaraq yaxalandı. Qəhrəman şəhidlərimizə rəhmətlə” deyərək sosial media hesabında qeyd edib.

NOCOMMENT.AZ