Gəncədə azyaşlı xəstəxanada ölüb.
NOCOMMENT.az-ın məlumatına görə, hadisə 2 saylı şəhər Uşaq Xəstəxanasında qeydə alınıb.
Belə ki, Şəmkir rayon sakini 2023-cü il təvəllüdlü M.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin tibbi yardımlarına baxmayaraq azyaşlı xəstəxanada vəfat edib.
İlkin məlumata görə, uşağın pnevmoniya və ürək çatışmazlığından vəfat etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.