20-25 manata satılan göycə: Bahalaşmanın səbəbi nədir?backend

20-25 manata satılan göycə: Bahalaşmanın səbəbi nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Bakıda Naxçıvan göycəsinin qiymətində artım müşahidə olunub.

NOCOMMENT.az qaynarinfo -ya istinadən xəbər verir ki,hazırda Naxçıvandan Bakıya gətirilən göycənin bir kilosunun qiyməti 20-25 manat təşkil edir. Ötən il isə may ayında Naxçıvan göycəsinin bir kilosunun qiyməti 10-12 manata təkilf edilib.

Satıcıların bildirdiyinə görə, Bakıda Naxçıvan göycəsinə tələb çoxdur, amma alıcı azdır:

“Bunun da səbəbi qiymət artımıdır. Bundan əlavə Bakıda Naxçıvan göycəsi adı altında alıcıya “sırınan” alçalar var. Həmin alçalar 4-5 manata təklif edilir. Onu görən alıcı da 20-25 manata göycəni almaq istəmir”.

Vaxtı ilə “Naxçıvan Məhsulları” mağazasını işlədən ictimai fəal Emin Tarverdiyev də sosial şəbəkədə bu məsələyə toxunub:

“Naxçıvanda göycənin məskəni əvvəl Babək rayonuna, indi isə şəhərə tabe olan Qaraçuq kəndidir… Şərur isə Muxtar Respublikanın ən çox göycə (alça yox) tədarük edən rayonudur. İki gün əvvəl Şərur rayonuna yağan güclü dolu bu il kəndlinin bütün ümidlərini puça çıxardı. Keçən həftə Naxçıvandan gələn göycənin 1 kq-nın Bakıda qiyməti 20-25 manat civarında “oynadı”. Yəqin ki, Muxtar Respublikanın digər rayonlarındakı göycə tədarükçüləri indi Allaha yalvarır ki, dolu bəlası onlardan uzaq olsun. Bu həftədən Bakı bazarında dəllallar “at oyadacaq”. Onsuz da alçanı da göycə qiymətinə müştəriyə sırıyan dəllallar bu dəfə daha da amansız olacaqlar, özü də Naxçıvan göycəsi adı ilə…”