20 yaşında öz dövlətini qurdu, vətəndaşları da varbackend

20 yaşında öz dövlətini qurdu, vətəndaşları da var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəmi 20 yaşı olan britaniyalı Daniel Cekson uşaq vaxtlarından xəyal etdiyi ölkəni qurmağa nail olub.

NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Tuna çayı boyunca yerləşən və 125 dönümdən daha kiçik meşəlik ərazidə “Verdis Azad Respublikası” adlı öz dövlətini elan edib.

Gənc Cekson deyir ki, bu ideya onun ağlına hələ 14 yaşında gəlib:

“Verdis əvvəlcə dostlarla etdiyimiz bir eksperiment idi. Hamımız dəli bir şey yaratmaq istəyirdik.”

Verdis, coğrafi baxımdan “Pocket Three” (Cep Üç) adı ilə tanınan, Xorvatiya və Serbiya arasında yerləşən, heç bir dövlətə məxsus olmayan bir ərazidə qurulub. Cekson bu “boz zona”nı kəşf etdikdən sonra, 2019-cu il mayın 30-da Verdisin müstəqilliyini elan edib.

Ölkənin rəsmi dilləri ingilis, xorvat və serb dilləridir. Rəsmi pul vahidi isə avrodur. Verdisə yalnız Xorvatiyanın Osiyek şəhərindən çay yolu ilə daxil olmaq mümkündür. Lakin gəncin əraziyə yerləşmək cəhdləri Xorvatiya hakimiyyətinin sərt reaksiyası ilə qarşılanıb.

2023-cü ilin oktyabr ayında Cekson və bir neçə həmkarı Xorvatiya polisi tərəfindən saxlanılıb, sərhəddən çıxarılıb və Ceksona ömürlük ölkəyə giriş qadağası qoyulub.

O bildirir ki, Xorvatiya rəsmiləri onları milli təhlükəyə təhdid kimi qiymətləndiriblər və hazırda o, “sürgündə olan lider” olaraq fəaliyyətini davam etdirir.

Verdisin vətəndaşlıq sisteminə 15 mindən çox insan müraciət edib, onlardan 400 nəfər qəbul olunub. Qəbul edilən hər bir şəxsə Verdis pasportu təqdim olunur. Lakin Cekson həmin pasportun beynəlxalq səfərlərdə istifadə edilməməli olduğunu vurğulasa da, bəzi şəxslərin bu sənədlə başqa ölkələrə daxil olduğu bildirilib.

Hazırda vətəndaşlıq üçün müraciətlər davam edir və üstünlük tibb və təhlükəsizlik sahəsində ixtisaslaşmış şəxslərə verilir.\\Unikal