Sumqayıt şəhəri, Corat qəsəbəsi, Qasım bəy Zakir küçəsində yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənmə hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Sultanova Nigar Samir qızı hamam otağında dəm qazından zəhərlənib.
Zərərçəkən dərhal Sumqayıt şəhər TTTY xəstəxanasına yerləşdirilib.
Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.
Turab













