200 min manatdan çox dələduzluq edən şəxsə hökm oxundubackend

200 min manatdan çox dələduzluq edən şəxsə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Cavanşir Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

NOCOMMENT.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə C. Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cavanşir Qasımov 4 nəfəri aldadıb. Onlardan tikinti materialları alıb, amma pulunu ödəməyib. İş üzrə ümumi zərər 238 min manatdır.