202-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladıbackend

202-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya müharibənin 202-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 293 təyyarəsi, 154 (+1) helikopteri, 1 944 (+6) PUA-sı, 374 zenit-raket kompleksi, 4 900 (+19) tank və digər zirehli texnikası, 834 (+3) reaktiv yaylım atəş sistemi, 3 385 (+6) artilleriya və minaatanı, 5 506 (+7) xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.