2021-ci ildən bəri İLK DƏFƏ – Qiyməti 50 min dolları keçdibackend

2021-ci ildən bəri İLK DƏFƏ – Qiyməti 57 min dolları keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bitcoin”in məzənnəsi 2021-ci ilin noyabr ayından bəri ilk dəfə gündə təxminən 7 min dollar bahalaşaraq, 57 min dolları ötüb.

NOCOMMENT.az  xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.

“Binance” birjasının məlumatına görə, hazırda BTC-nin qiyməti USDT stabilkoini ilə cütlükdə 57 min dolları keçib. Bakı vaxtı ilə saat 16:50-də ilk kriptovalyuta 54,415 dollara ticarət edilib – bu, 2021-ci ilin noyabrından bəri maksimumdur.

“Bitcoin” məzənnəsinin tarixi zirvəsi 2021-ci il noyabrın 10-da 68,7 min dollar səviyyəsində qeydə alınıb. Fevralın 26-da BTC-nin dəyəri 51 min dollardan aşağı olub, lakin sonra kəskin şəkildə – gündəlik 11,8%-dən çox artıb.

“Coinglass”ın məlumatına görə, son 24 saat ərzində 80 mindən çox treyder marja hesablarında kifayət qədər vəsait olmadığı üçün 187 milyon dollar dəyərində qısa mövqelərini bağlamaq məcburiyyətində qalıb.

ABŞ-da “Bitcoin ETF” ticarət həcmi gündə 2,4 milyard dolları, o cümlədən “BlackRock” məhsulunda 1,3 milyard dolları keçib.

Kapitallaşmaya görə ikinci ən böyük kriptovalyuta “Ethereum”un məzənnəsi də 3200 dollara yüksəlib. Digər iri koinlər isə 3-6% bahalaşıb.