2023-2024-cü tədris ilində 1066 tələbə SABAH qruplarının məzunu olubbackend

2023-2024-cü tədris ilində 1066 tələbə SABAH qruplarının məzunu olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-2024-cü tədris ilində 10 ali təhsil müəssisəsi və 31 ixtisas üzrə 727 bakalavr, 8 ixtisas üzrə 339 magistr SABAH qruplarından məzun olub.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, 2023-2024-cü tədris ilində 43 ixtisas üzrə 1324 tələbə SABAH tələbəsi adını qazanıb.

Qeyd edək ki, hazırda Elm və Təhsil Nazirliyi SABAH qrupları 10 ali təhsil müəssisəsini, 7 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət, idman) 55 ixtisası, 2846 tələbəni və bu ilin məzunları da daxil olmaqla ümumilikdə 2014-2024-cü illər ərzində 6842 məzunu (bakalavr və magistr pilləsi üzrə) əhatə edib.

Ümumilikdə, SABAH qrupları üzrə 2014-2024-cü illər ərzində məzunlar da daxil olmaqla tələbə sayı 9688 nəfəri əhatə edir.