2023-cü il tarixdə ən isti yay olubbackend

2023-cü il tarixdə ən isti yay olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilki Şimal yarımkürəsinin yayı tarixdə ən isti olub.

NOCOMMENT.az xəbər verir ki, İqlim dəyişikliyi Xidmətinin məlumatına görə, 2023-cü ilin iyun, iyul və avqust aylarında havanın orta temperaturu qlobal miqyasda ən yüksək həddə çatıb.

2023-cü ilin yayında havanın temperaturu orta göstəricidən 0,66 dərəcə yuxarı qalxaraq 16,77 dərəcəyə çatıb.

Bu ilin ilk 8 ayında aparılan ölçmələrlə 2023-cü il bu günə qədər 2016-cı ildən bəri rekordların ən isti ili olub. 2023-cü ildə orta temperatur 2016-cı ildən cəmi 0,01 dərəcə aşağı qalıb.