2023-cü ildə Azərbaycanda 73 mindən çox abort qeydə alınıbbackend

2023-cü ildə Azərbaycanda 73 mindən çox abort qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 2023-cü ildə 73816 abort qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

5-17 yaş üzrə 68, 18-19 yaş üzrə 2528, 20-24 yaş üzrə 12315, 25-29 yaş üzrə 22140, 30-34 yaş üzrə 22306, 35-49 yaş üzrə 14376 abort faktı qeydə alınıb.

Həmçinin bildirilib ki, abortların ümumi sayında dərmanla aparılanların sayı 630, birinci hamiləliyin pozulması ilə nəticələnənlərin sayı isə 2203 olub.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə 58 min abort qeydə alınıb. Onlardan 14 min 900-ü mini abort, 500-ü dərman vasitələri ilə aparılan abortlar olub.