2023-cü ilin ən yaxşı smartfonları AÇIQLANDIbackend

2023-cü ilin ən yaxşı smartfonları AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur AnTuTu etalonunun yaradıcıları smartfonların aylıq reytinqini dərc ediblər. 

NOCOMMENT.az xəbər verir ki, reytinq cədvəli real rəylərə nəzər salmaqla tərtib edilib.

İyul reytinqinə 95,05% məmnunluqla Galaxy S23 Ultra başçılıq edir. Ötən ay Samsung-un ultra-flaqmanı müsbət rəylərin 94,17%-ni toplayıb və üçüncü yerdə olub.

İkinci yeri 92,98% müsbət rəylə foto flaqmanı Vivo X90 Pro +, üçüncü yeri isə 92,73% ilə Nubia Z50 Ultra tutub.

Müqayisə üçün qeyd edək ki, iyunun sonunda ilk üçlük Meizu 20 Pro, Xiaomi 12S Ultra və Galaxy S23 Ultra idi.