2023-cü ilin Oskar nominasiyaları açıqlandıbackend

2023-cü ilin Oskar nominasiyaları açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Kino Sənətləri və Elmləri Akademiyası kino sənayesinin ən mühüm mükafatlarından biri hesab edilən 2023-cü il Oskar nominasiyalarını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, 12 martda keçiriləcək 95-ci Oskar Mükafat Mərasimində  23 kateqoriya üzrə Oskar mükafatları paylanacaq.

Elvis Preslinin həyatından bəhs edən “Elvis”, “Avatar: Suyun Yolu” və “Top Gun: Maverick” filmləri ən yaxşı film nominasiyasında Oskar mükafatına namizədlər sırasındadılar.

Ən yaxşı aktyor kateqoriyasında; Ostin Butler, Colin Farrell, Brendan Fraser, Paul Mescal və Bill Nighy-nin namizədlər arasında olduğu açıqlanıb

“Ən yaxşı aktrisa” kateqoriyasında; Keyt Blanşett, Ana de Armas, Andrea Riseboro, Mişel Uilyams və Mişel Yeoh iştirak edir.