2024-cü ilin yayı müşahidələr tarixində ən isti mövsüm olubbackend

2024-cü ilin yayı müşahidələr tarixində ən isti mövsüm olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin yayı bir neçə rekorda imza ataraq müşahidələr tarixində qeydə alınmış ən isti mövsüm olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının İqlim Dəyişikliyinin Monitorinqi Xidmətinin yeni aylıq “Copernicus” bülletenində deyilir.

Qeyd olunub ki, 2024-cü ilin qızmar yayı ərzində qeydə alınan həddindən artıq istilər planetin ən isti ili kimi 2023-cü ili də geridə qoyub:

“2024-cü ilin son üç ayı planetin ən isti iyun və avqust aylarını, ən isti gününü və ən isti boreal yayı yaşadı. Bu rekord temperatur silsiləsi 2024-cü ilin rekordlar üzrə ən isti il ​​olacağı ehtimalını artırır. Belə ki, iyun, iyul və avqust aylarında Şimal yarımkürəsində orta temperatur 16,8°C olub. Halbuki, 2023-cü ilin yayında orta temperatur 16,5°C olub”.

Müəyyən edilib ki, son 12 ay ərzində ( 2023-cü ilin sentyabrından 2024-cü ilin avqustuna qədər) orta qlobal temperatur istənilən birillik dövrə nisbətən rekord həddə yüksək olub. Bu eyni zamanda 1991-2020-ci illər üçün orta göstəricidən 0,76°C yuxarıdır.