2025-ci il həm də bir sıra məmurların vəzifədən azad edilməsi ilə yadda qalıb.
NOCOMMENT.az xəbər verir ki, ən səs-küylü hadisələrdən biri Ramiz Mehdiyevin vəzifədən azad edilməsi və ev dustaqlığına məhkum edilməsi oldu.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev uzun illər yüksək statuslu siyasətçi olsa da, bu ilin payızında çoxsaylı ittihamlarla üzləşib və ev dustaqlığına məhkum edilib.
Daha sonra Azər Qasımov Prezidentin mətbuat katibi vəzifəsindən azad edilib.
İslam Rzayev 14 il çalışdığı Balakən Rayon İcra Hakimiyyəti başçısı vəzifədən azad edilib. O, Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində saxlanıb.
O cümlədən Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən çıxarılıb.
Nadir Qarayev Dövlət Xəzinədarlıq Agentliyi 1-saylı xəzinədarlıq şöbəsinin rəhbəri vəzifəsindən azad olunub.
Xəyalə Dadaşova Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müavini vəzifəsindən azad edilib.













