“Düşünürəm ki, 2025-ci ilin növbəti 6 ayı ərzində də Azərbaycanda uşaq pulu probemi həll olunmayacaq”.
NOCOMMENT.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.
Onun sözlərinə görə, bu məsələ hökumətin qərarından asılıdır:
“Hansısa iqtisadçı, yaxud da mütəxəsis buna proqnoz verə bilməz. Artıq neçə ildir Azərbaycanda uşaq pulunun verilməsi sosial sifarişə çevrilib. Amma parlament isə sosial sifarişdən qaçır. Odur ki, bu ilin sonuna kimi uşaq pulu məsələsi həll olunmayacaq”.