Çin maşını yoxsa ənənəvi markalar arasında tərəddüd edənlər artıq seçim qarşısında qalmayacaq. Büdcəsi az olan avtomobil həvəskarlarına onsuz da Çin maşınlarından başqa seçim qalmayacaq.
Çünki nəhəng avtomobil markaları artıq ucuz versiyalardan imtina edir. Son illərdə artan istehsal xərcləri, sərtləşən ticari qaydalar və dəyişən istehlakçı seçimləri avtomobil markalarını köklü qərarlar almağa məcbur edir.
NOCOMMENT.az xəbər verir ki, bu prosesdə ən çox təsirlənən seqment isə münasib qiymətli avtomobillər oldu.
Yaponiyanın Nissan avtomobil zavodu 20 min dollardan aşağı başa gələn Nissan Versanı istehsaldan çıxarır. Nissan rəhbərliyi bununla bağlı rəsmən açıqlama verib. Çətin bir dövrdən keçən Nissan ABŞ bazarında ən münasib qiymətli avtomobil mövqeyində olan Versa modelinin istehsalını dayandırmaq qərarı aldı.













