2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyasının layihəsi hazırlanacaqbackend

2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyasının layihəsi hazırlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MDB ölkələrinin müdafiə nazirlərinin Minskdə iclası  keçiriləcək. İclasda  2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyasının layihəsi hazırlanacaq.

NOCOMMENT.az BBC-ə istinadən xəbər verir ki, bu barədə MDB-nin Baş katibi Sergey Lebedev bildirib.

“MDB ölkələrinin Müdafiə Nazirliklərinin birgə işinin məzmununda ən mühüm məsələ, şübhəsiz ki, MDB iştirakçısı olan dövlətlərin 2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyası layihəsinin hazırlanması olacaq. Bu, ortamüddətli perspektivdə ölkələrimiz arasında qarşılıqlı fəaliyyət üçün aydın prioritetləri və yeni təlimatları əks etdirməlidir”, – o, MDB Müdafiə Nazirləri Şurasının iclası başlamazdan əvvəl bildirib.