2035-ci ilə qədər dünyanın yarısı piylənməyə doğru gedirbackend

2035-ci ilə qədər dünyanın yarısı piylənməyə doğru gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Piylənmə Federasiyası heç bir tədbir görülməsə, 2035-ci ilə qədər dünya əhalisinin yarıdan çoxunun piylənmə və ya artıq çəkili kimi təsnif ediləcəyini açıqlayıb.

NOCOMMENT xəbər verir ki, dörd milyarddan çox insan piylənmədən təsirlənəcək və bu nisbət uşaqlar arasında ən sürətlə artacaq.

Ən böyük artımın isə Afrika və Asiyanın aşağı və ya orta gəlirli ölkələrində olacağı gözlənilir.

Federasiyanın rəhbəri professor Luiza Baur hesabatın nəticələrini ölkələrə indi hərəkətə keçmələri və ya gələcəkdə fəsadlar riski ilə bağlı açıq xəbərdarlıq kimi qiymətləndirdi. Eyni zamanda hər kəsi tədbir görməyə çağırdı.