217-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladıbackend

217-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 58 150 (+400) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 312 (+6) tank, 4 889 (+8) zirehli döyüş maşını, 1 381 (+3) artilleriya sistemi, 331 reaktiv yaylım atəşi sistemi, 175 hava hücumundan müdafiə sistemi, 262 (+1) təyyarə, 224 helikopter, 989 (+12) PUA, 242 (+1) qanadlı raket, 15 gəmi, 3 742 (+12) avtomobil texnikası və avtosistern, 131 xüsusi texnikadan ibarətdir.