22 nəfər yoluxdu, vaksin vurulmadıbackend

22 nəfər yoluxdu, vaksin vurulmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

NOCOMMENT xəbər verir kik, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Vurulan vaksinlərin ümumi sayı 13 953 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 654, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 794, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 715, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 874 nəfər təşkil edir.

Azərbaycanda son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb

X X X

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdanverilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 5 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 829 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 109 nəfər müalicə olunaraq sağalıb, 10 171 nəfər vəfat edib, aktiv xəstə sayı 140 nəfərdir.

Ölkədə son sutka ərzində 682, hazırkı dövrədək isə 7 553 691 test aparılıb.

Azərbaycanda daha 22 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib