22 yaşlı Göyçay sakini itkin düşübbackend

22 yaşlı Göyçay sakini itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay rayon sakini, 2002-ci il təvəllüdlü Fatimə Mehdiyeva iyunun 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, sonuncu dəfə onun əynində qara rəngli don və ayaqqabı olub.

Qadının əlamətləri: boyu 165 sm, gözlərinin rəngi qəhvəyidir.

F.Mehdiyevanın harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” zəng mərkəzinə, həmçinin Göyçay Rayon Polis Şöbəsinin (020)274-04-91 şəhər və 050-502-34-56 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.\\“Unikal”