220-dən çox rusiyalı Azərbaycandan ölkəsinə yola salındıbackend

220-dən çox rusiyalı Azərbaycandan ölkəsinə yola salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın 228 vətəndaşından ibarət qrup Azərbaycandan Dağıstanın Məhərrəmkənd rayonundakı “Yaraq-Qazmalar” beynəlxalq gömrük keçid məntəqəsindən ölkəsinə yola salınıb.

NOCOMMENT.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikasının milli siyasət və dini məsələlər naziri Enrik Müslümov məlumat verib. O bildirib ki, onlar pandemiya səbəbindən sərhədlər bağlandığından Azərbaycanda qalıblar. Ölkəyə qayıdanların hərarəti ölçülüb və onlar barəsində bütün lazımi prosedurlar yerinə yetirilib.

228 nəfərdən 15-i Dağıstan sakinləri olub. Digər şəxslər isə ölkənin müxtəlif bölgələrinə yola düşüblər.