Azərbaycanın ev sahibliyi etdiyi III MDB oyunları çərçivəsində bu gün oktyabrın 2-də kamandan oxatma yarışları başlayıb.
NOCOMMENT.az xəbər verir ki, yarışlar Xankəndi şəhər stadionunda təşkil olunub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, turnirdə yeddi ölkədən 40 idmançı iştirak edir. Yarışlarda Azərbaycan üç oğlan və üç qız olmaqla ümumilikdə altı idmançı ilə təmsil olunur.
Yarışı şəhərin sakinləri, Qarabağ Universitetinin tələbələri, media nümayəndələri izləyirlər.