Ukraynanın Xerson vilayətinə Rusiya tərəfindən endirilən hücum nəticəsində 2 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.
NOCOMMENT.az məlumatına görə, bu barədə vilayətin rəhbəri Aleksandr Prokudin “İnterfaks–Ukrayna” agentliyinə açıqlama verib.
Acıqlamaya görə, Rusiya ordusu vilayətin müxtəlif yaşayış məntəqələrində yaşayış məhəllələrini hədəfə alıb. Nəticədə bir çoxmərtəbəli bina və azı on fərdi evə ciddi ziyan dəyib.
Hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanları cəlb olunub. Zərərçəkənlərin vəziyyəti barədə dəqiq məlumat açıqlanmır.