III MDB Oyunları: Bu gün 11 idman növü üzrə yarışlar keçiriləcəkbackend

III MDB Oyunları: Bu gün 11 idman növü üzrə yarışlar keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının 9-cu günündə 11 idman növü üzrə yarışlar keçiriləcək.

NOCOMMENT.az  xəbər verir ki, Şəki şəhər stadionunda çövkən üzrə yarımfinal görüşləri olacaq. Azərbaycan millisi finala vəsiqə uğrunda oyunda Qazaxıstanla qarşılaşacaq.

Qəbələ şəhər stadionunda isə Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığması final matçına çıxacaq. Rəqib Rusiyanın müvafiq yaş qrupundan ibarət seçməsi olacaq.

Qəbələdə, həmçinin badminton yarışları təşkil ediləcək.

Gəncədə güləş, qılıncoynatma, atıcılıq və voleybol yarışları keçiriləcək.

Göygöldə cüdo yarışlarına start veriləcək. Mingəçevirdə karate, Yevlaxda boks, Xankəndidə isə kamandan oxatma yarışları davam etdiriləcək.

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.