Ukraynada 1,3 milyon nəfərə veteran statusu verilib.
NOCOMMENT.az xəbər verir ki, Ukraynada veteran kimi tanınan şəxslərin ümumi sayı 1 milyon 326 min 552 nəfərə çatıb.
Belə ki, 2022-ci ilə qədər bu rəqəm 550 mindən çox idi.
Nəşr qeyd edir ki, bu status 2023-cü ildə 324 min, 2024-cü ildə 267 min, bu ilin 9 ayında isə 165 mindən çox vətəndaşa verilib.
Qeyd edək ki, Ukraynada sentyabr ayında ölkə əhalisinin sayının 28,7 milyon nəfər olduğu açıqlanıb.