222-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladıbackend

222-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya müharibənin 222-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 310 təyyarəsi, 155 helikopteri, 2 137 PUA-sı, 378 zenit-raket kompleksi, 5 292 tank və digər zirehli texnikası, 860 reaktiv yaylım atəş sistemi, 3 444 artilleriya və minaatanı, 6 189 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.