Sumqayıtda su boş yerə israf olunur.
NOCOMMENT.az Sumqayit24.az-a istinadən xəbər verir ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin Fərrux Qayıbov küçəsində, bina 7-nin yanında su borusu partlayıb.
“3 aydır ki, içməli su boş yerə israf olunur. Şikayət etməyimizə baxmayaraq, heç bir qurum məsələni həll etmək istəmir”,- deyə sakinlərdən biri bildirib.
Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və problemin aradan qaldırılmasını tələb edirlər.