18.10.2025-ci il tarixində 1954-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Travmatologiya şöbəsinə müraciət edib.
TƏBİB-dən NOCOMMENT.az -a istinadən xəbər verir ki, pasiyentə sol ayaq barmağının amputasiyası diaqnozu təyin edilib, cərrahi əməliyyat icra olunub.
O, 20.10.2025-ci il tarixində saat 07:10 radələrində stasionar müalicə aldığı Travmatologiya şöbəsinin 2-ci mərtəbəsinin pəncərəsindən qəfil özünü yerə atıb. Pasiyentə dərhal tibbi yardım göstərilib və ağır dərəcəli kəllə-beyin travması diaqnozu təyin olunub.
Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 09:40 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.
***15:26
Gəncədə 71 yaşlı kişi xəstəxananın 2 mərtəbəsindən yıxılaraq ölüb.
NOCOMMENT.az-ın məlumatına görə, hadisə Gəncə Şəhər Birləşmiş xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanasının travmatologiya şöbəsində baş verib.
Xəstəxananın sözügedən şöbəsində yatan Goranboy rayon sakini 1954-cü il təvəllüdlü Z.Rzayev ikinci mərtəbədən yerə yıxılıb.
71 yaşlı xəstəxanasının digər şöbəsinə yerləşdirilsədə həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata Z.Rzayev xəstəxanada müalicə alırmış. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.













