23 yaşlı futbolçu avtomobil qəzasında ÖLDÜbackend

23 yaşlı futbolçu avtomobil qəzasında ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Las Palmas” futbol klubunun ehtiyat komandasının 23 yaşlı müdafiəçisi Seben Ramos iyunun 9-da Arukas şəhərində (Qran-Kanariya adası) baş verən qəzadan sonra bugün vəfat edib.

NOCOMMENT.az ajans.az-a istinadən xəbər verir ki, bu barədə mk.ru məlumat yayıb.

Məlumata görə, futbolçu başından ağır xəsarətlər alıb və xəstəxanada ağır vəziyyətdə olub.

Qəza günü Ramosun komandası İspaniya çempionatının dördüncü divizionuna yüksəlib.

Bundan əlavə, futbolçu klubla müqaviləsinin uzadılması barədə razılığa gəlmişdi.