245 min manat vergi borcu olan “Uniklinika” işçilərinin maaşlarını gecikdirirmişbackend

245 min manat vergi borcu olan “Uniklinika” işçilərinin maaşlarını gecikdirirmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Bakı şəhərində fəaliyyət göstərən “Uniklinika” adlı özəl tibb müəssisəsinin külli miqdarda vergi borcu yarandığı barədə xəbərlər yayılıb.

Belə ki, vergi uçotuna “Unikal-A” Məhdud Məsuliyyəti Cəmiyyəti adı ilə alınan “Uniklinika”nın 245 min manatdan çox vergi borcu yaranıb.

NOCOMMENT.az xəbər verir ki, “Uniklinika”da işçilərin əməkhaqqları da gecikdirilir. Belə ki, sözügedən klinikanın bəzi əməkdaşları aylarla maaşlarını ala bilmirlər. Bunu sosial şəbəkədə “Uniklinika” ilə bağlı yayımlanan xəbərin şərh hissəsində rəy yazan şəxslər də təsdiqləyiblər.

Qeyd edək ki, nizamnamə kapitalı cəmi 30 AZN olan “Uniklinika”nın (“Unikal-A” MMC, VÖEN nömrəsi: 1000411841) hazırda dövlətə 245 min 183 manat vergi borcu var. /Unikal/