25 nəfər qarda yıxılaraq xəsarət alıbbackend

25 nəfər qarda yıxılaraq xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub.

Bu barədə NOCOMMENT.az-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlardan 18-i qadın, 7-si kişidir. Müraciətlər əsasən diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin taravmaları ilə bağlı olub.

Xəsarət alanlardan biri uşaq, digərləri isə 20-62 yaş aralığında şəxslər olub.

Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.