250 min insan Məscidül-Əqsada cümə namazı qıldıbackend

250 min insan Məscidül-Əqsada cümə namazı qıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin məhdudiyyətlərinə baxmayaraq, təxminən 250 min fələstinli və əcnəbi müsəlman Ramazan ayının ikinci cümə namazını Məscidül-Əqsada qılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Qüds İslam Vəqfləri İdarəsindən verilən yazılı açıqlamada məlumat verilib.

Müsəlmanların ilk qibləsi olan Məscidül-Əqsada cümə namazını qılmaq istəyənlər Hərəmi Şərifə gedən dar küçələrdə və bazarlarda izdiham yaradıb.

İsrail qüvvələri şəhər ərazisində təhlükəsizlik tədbirlərini və məhdudiyyətləri artırıb.

İsrail polisi verdiyi yazılı açıqlamada əraziyiə 2000 polis qüvvəsinin yerləşdirildiyini açıqlayıb.

NOCOMMENT.AZ