250 min müsəlman Məscidül-Əqsada növbəyə düzüldübackend

250 min müsəlman Məscidül-Əqsada növbəyə düzüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qüdsə axın edən on minlərlə fələstinli İsrailin maneələrinə baxmayaraq, Ramazan ayının dördüncü cümə namazını müsəlmanların ilk qibləsi Məscidül-Əqsada qılıb.

NOCOMMENT.az xəbər verir ki, Qüds İslam Vəqfləri İdarəsindən verilən yazılı açıqlamaya görə, məsciddə Ramazan ayının son cümə gününə 250 min adam qatılıb.

Hər yaşdan qadın, kişi və uşaq  Məkkədə Məscidül-Həram və Mədinədə Məscidül-Nəbəvidən sonra üçüncü ən müqəddəs məscid olan Məscidül-Əqsanın bağ və həyətini dolduraraq yer tutublar.

Müsəlmanların ilk qibləsi olan Məscidül-Əqsanın girişində, ətrafı və Köhnə şəhərin küçələrində İsrail polisinin sıxlığı diqqət çəkib.

NOCOMMENT.AZ