261-ci saatda dağıntılar altından çıxarılan Mustafa ailəsinə zəng edib.
NOCOMMENT xəbər verir ki, Hatayda 261-ci saatda xəstəxananın dağıntıları altından xilas edilən 34 yaşlı Mustafa Avcının ilk işi ailəsinə zəng etmək olub.
Xəstəxanaya aparan həkim qruplarının köməkliyi ilə telefonla danışan Avcı, “Hamı sağ qaldı? Nazlı necədir?” dedi. Telefonla danışan qohumu “Hər şey qaydasındadır” deyə cavab verdi.
Hatayda az qala yerlə-yeksan olan zəlzələdə qrupların xilasetmə işləri zamanı 261 saat sonra dağıntılar altından 2 nəfər xilas edilib.