ABŞ-nin “New York Post” nəşri Tehranda yerləşdiyi və müharibənin ilk günündə öldürülən İranın ali rəhbəri Əli Xameneinin gizləndiyi yeraltı bunkerə dair 3D animasiya təqdim edib.
NOCOMMENT.az xəbər verir ki, animasiya bunker kompleksinin mümkün quruluşunu və yeraltı hissələrinin necə yerləşə biləcəyini vizual şəkildə göstərir.
Yayımlanan 3D illüstrasiya Tehranda yerləşdiyi iddia edilən bunker kompleksinin yeraltı infrastrukturu barədə ehtimal olunan sxemi nümayiş etdirir. Videoda yeraltı tunellər, qorunan otaqlar və mümkün komanda mərkəzlərinin yerləşməsi təsviri şəkildə göstərilir.
Bildirilir ki, bu bunker İran rəhbərliyinin təhlükəsizliyi üçün nəzərdə tutulan xüsusi qorunan obyektlərdən biri hesab olunur və bəzi məlumatlara görə, ölkənin ali rəhbəri Əli Xamenei mümkün təhlükələr fonunda məhz bu cür yeraltı sığınacaqlardan istifadə edib.
Aliyə
NOCOMMENT.az













