279-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladıbackend

279-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya müharibənin 279-cu günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 333 təyyarəsi, 177 helikopteri, 2581 PUA-sı, 391 zenit-raket kompleksi, 6876 tank və digər zirehli texnikası, 904 reaktiv yaylım atəş sistemi, 3628 artilleriya və minaatanı, 7406 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.