Oktyabrın 7-dən gecə-gündüz Qəzzanı bombalayan İsrail iki atom bombasının gücünə bərabər 25 ton partlayıcı atıb.
İsrailin HƏMAS-ın hücumunu bəhanə edərək blokadada olan Qəzza zolağının bombardmanlarına başlamasından 28 gün keçir.
Qəzza hökumətinin mətbuat xidmətindən verilən açıqlamada İsrail ordusunun Qəzzaya 25 ton partlayıcı ilə hücum etdiyi bildirilib. Bunun təxminən 2 atom bombasının gücünə bərabər olduğu qeyd edilib.
İsrail, evlər, ictimai obyektlər, məktəblər və xəstəxanalar kimi mülki əraziləri hədəf alaraq Qəzzaya 12 mindən çox hava zərbəsi endirib.