28 May ərazisində bu yeniliklər olacaqbackend

28 May ərazisində bu yeniliklər olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı “28 May”​ metrostansiyasının ətrafında görüləcək işləri açıqlayıb.

NOCOMMENT.az agentliyə istinadən xəbər verir ki, ərazidə aidiyyəti qurumlarla birgə abadlaşma işləri həyata keçiriləcək:

“Bu işlər çərçivəsində asfalt örtüyünün dəyişdirilməsi, mikromobillik infrastrukturunun qurulması, o cümlədən velosiped zolaqlarının təşkil edilməsi və piyada zonalarının yaradılması nəzərdə tutulur. Həmçinin ərazinin şəhərin alternativ mərkəzinə çevrilməsi hədəflənir”.

AYNA-dan bildirilib ki, Bakı Dəmiryol Vağzalına gəlib-gedənlər üçün qarşılama və yolasalma zonası da təşkil olunacaq.