28 yaşlı oğlanın ölümünün şok təfərrüatları üzə çıxdı – VİDEObackend

28 yaşlı oğlanın ölümünün şok təfərrüatları üzə çıxdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022 ci ilin yanvar ayında Yasamalda baş verən ölüm hadisəsinin inanılmaz məqamları ortaya çıxıb.

 

NOCOMMENT.az xəbər verir ki, Space TV-də Amil Xəlilin jurnalist araşdırması ilə yayımlanan “Gəl, danış” sosial-kriminal layihəsində iştirak edən mərhum Ramil Bayramovun anası Arzu Bayramova şok detalların üstünü açıb.

O, oğlunun intihar etmədiyini və arvadı tərəfindən öldürüldüyünü iddia edib. Belə ki, ana oğlunun arvadı ilə münasibətlərinin soyuq olduğunu və digər bir çox sirləri açıqlayıb.

2 övlad atası olan Ramil Bayramov Ruhiyyə adlı xanımla nikahda olub. İddialara görə, Ramil Ruhiyyədən dəfələrlə şübhələnib. Bu səbəbdən, Ruhiyyə ilə soyuq münasibətləri yaranıb.

O, Ruhiyyəni Biləsuvarda qoyub Bakıya işləməyə gəlib. Hadisə baş verən günü Ruhiyyə xəbər tutur ki, Ramil Bakıda qaldığı evdə dostları ilə eyş-işrət məclisi keçirir. Bu zaman qadın Ramilin dostlarına zəng edir və onu təcili Bakıya aparmalarını xahiş edir.

Amil Xəlilin suallarına cavab verən Ruhiyyə bir sıra cavablarda fərqli açıqlamalar verir. O, gah bir kişiyə xəbər etdiyini, gah da 3 kişiyə məlumat verdiyini vurğulayır. Sonda Ruhiyyə gecə saatlarında mərhumun yaxın dostları Rafiq, Əliəhməd və Elmir ilə birlikdə Bakıya gəlir.

Amil Xəlilin “Bəs bunlar necə Ramilin dostudur ki, səni maşında gətirirlər və dostlarını rəzil etmək istəyirlər? Axı bu 3 kişi Ramilin yaxın dostu olub, sənin yox” sualına Ruhiyyə “Bilmirəm, özlərindən soruş” cavabını verib.

Ruhiyyə Yasamala çatır və birlikdə Ramilin yaşadığı evə daxil olur. Ruhiyyə canlı yayımda açıqlama verərkən yenə də fərqli cavablar verir. O, gah tək evə daxil olduğunu gah da kişilərlə basqın etdiyini qeyd edir:

“Mən evə daxil oldum. Gördüm ki, Ramil Günel adlı qızla birlikdə yeyib-içirlər. Biz evə daxil olanda qapı açıq idi. Mən masada nə var idisə hamısını çırpdım Ramilin üzünə. Hətta tortu belə onun üzünə atdım. Gizlətmirəm, eləmişəm. Çünki, mən Ramilə demişdim ki, səni tutacam…”

“Bəs necə oldu ki, Ramil öldü? Niyə özünü pəncərədən atsın?” sualına Ruhiyyə “Bilmirəm, mübahisə zamanı o özünü pəncərədən atdı. Çünki o qızlarının canına and içmişdi. Düşünürəm ki, o, xəcalətindən bu addımı atdı” cavabını verib.

Amil Xəlilin maraqlı yanaşması vəkillərində diqqətini cəlb edib. “Fikrimcə mərhum Ramil Ruhiyyə ilə bağlı və o, evdə olan kişilərdən birinin ünsiyyəti ilə bağlı nələrisə bilirmiş. Yaxud, hansısa xoş olmayan hərəkətlərin qurbanı olub. Jurnalist olaraq düşünürəm ki, Ramil öldürülməsə də, ölüm həddinə çatdırılıb. Bir adam bir evdə əylənirsə o, heç vaxt intihar etməz. İntihar edən depressiyaya düşən insanlar olur. Amma bizə çox adam Ramil deyib-gülən insan olduğunu deyib. O zaman Ruhiyyə nəyisə gizlədir”.

Suallara bir-birilə əks cavablar verən Ruhiyyə daha sonra açıqlama verməkdən imtina edib. Mərhumun anası Yasamal Prokrorluğunun müstəntiqindən də narazılığını bildirib: “Mənimlə maraqlanmır, nə zaman zəng edirəm, deyir ki, sabah-sabah. Artıq yorulmuşam. Dünən məni efirdə görüb zəng edib ki, gəl bura. Bəs niyə indiyə kimi maraqlanmırdı? Xahiş edirəm, Baş Prokrorumuz Kamran Əliyev cənablarından bu işi nəzarətinə götürsün”.

Arzu xanım gəlini Ruhiyyənin çox səhvinin olduğunu iddia edib.

Sözügedən kadrları təqdim edirik: