286-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladıbackend

286-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya müharibənin 286-cı günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 340 (+1) təyyarəsi, 180 helikopteri, 2 634 (+6) PUA-sı, 391 zenit-raket kompleksi, 7 010 (+14) tank və digər zirehli texnikası, 910 reaktiv yaylım atəş sistemi, 3 662 (+5) artilleriya və minaatanı, 7 484 (+7) xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.