3,2 milyardlıq layihəni oğurladılar – “Samsung” rəsmiləri HƏBS EDİLDİbackend

3,2 milyardlıq layihəni oğurladılar – “Samsung” rəsmiləri HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya polisi iki keçmiş “Samsung” rəsmisini həbs edib.    

 

NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Çində saxta çip istehsalı müəssisəsi yaratmaq üçün 3,2 milyard dollarlıq layihəni oğurlamaqda ittiham olunub.

 

Polis bildirib ki, onlardan biri olan 66 yaşlı Choi soyadlı kişi Cənubi Koreyalı çip mütəxəssislərini işə götürüb və “Samsung” yaddaş layihələrini ortaq bir müəssisə vasitəsilə sızdırıb.

 

Polisin bəyanatında deyilir ki, Choi startapın rəhbəri vəzifəsində çalışıb və ona Oh adlı fabrik dizayneri kömək edib. İkili ötən il 20 nanometrlik DRAM çipləri istehsal etmək üçün səlahiyyətlilərlə əməkdaşlıq ediblər.

 

Bildirilib ki, bu hadisə “Samsung”a zərər vurmaqla yanaşı, həm də ölkələr qlobal çip müharibəsi içərisində olarkən ölkənin rəqabət qabiliyyətini zəiflədib.

 

Polis digər texnologiya sızmalarını hələ də araşdırdıqlarını qeyd edib.