3 dəfə evlənib, 3 uşağı var: Bütün qazancı alimentə gedir – Qanun nə deyir?backend

3 dəfə evlənib, 3 uşağı var: Bütün qazancı alimentə gedir – Qanun nə deyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 3 dəfə ailə quran kişinin bütün qazancı alimentə çıxılır.

NOCOMMENT.az Qaynarinfo -ya istinadən xəbər verir ki, vətəndaş Əli Həsənovun ailə qurduğu hər qadından bir uşağı var. Onun maaşından 1/4 kəsilərək uşaqlara verilir. Bu səbəbdən vətəndaşa qazancından demək olar vəsait qalmır. İndi vətəndaş alimentin azaldılması üçün məhkəməyə müraciət etmək istəyir.

Vəkil Səməd Vəkilov Qaynarinfo-ya açıqlamasında bildirib ki, vətəndaşın hər bir uşaq qarşısında öhdəliyi var və həmin öhdəlik yerinə yetirilməlidir: 
“Onun ailə qurması, qazancının olub-olmamaması öhdəliyini yerinə yetirməməsi üçün əsas deyil. Alimenti sona kimi ödəməlidir. Əgər o, üç dəfə evlənməsəydi, birinci evliliyindən 3 övladı olsaydı, uşaqları saxlamayacaqdı? Üç, yaxud 10 dəfə evlənmək onun hüququdur, aliment vermək isə vəzifəsidir. Evlənmə sayına görə məhdudiyyət yoxdur”.